ALQI-SATQI MÜQAVİLƏSİ № ______
Bakı şəhəri |
Bundan sonra “Satıcı” adlanacaq, Nizamnamə əsasında fəaliyyət göstərən "SOCAR
PETROLEUM” QSC, Baş direktorun əməliyyat məsələləri üzrə müavini Mülayim Ərəstun oğlu Səfərovun şəxsində bir tərəfdən və sonradan “Alıcı” adlanacaq. Nizamnamə əsasında fəaliyyət göstərən " ", icraçı direktor oğlu/qızı şəxsində digər tərəfdən bu müqaviləni qeyd olunan şərtlər daxilində bağlayaraq aşağıdakılar barədə razılığa gəldilər:
1. Müqavilənin predmeti
1.1“Satıcı” bu Müqavilə ilə müəyyən edilmiş müddətdə 2.1 bəndində göstərilən qiymətlərə uyğun olaraq neft məhsullarını və maye qazı “Alıcı”ya satmağı, “Alıcı” isə həmin neft məhsullarının və maye qazıın dəyərini (Əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür.
2. Məhsulun qiyməti və ödəniş şərtləri
2.1Bu müqavilə ilə ƏDV də hesablanmaqla
-Benzin Aİ-92-nin 1 litrinin qiyməti 0,90 (doxsan qəpik) AZN;
-Dizel yanacağının 1 litrinin qiyməti 0,60 (altmış qəpik) AZN;
-Maye qazın 1 litrinin qiyməti 0,45 (qırx qəpik) AZN;
-Premium yanacağının 1 litrinin qiyməti 1,50 (bir manat yirmi beş qəpik) AZN;
-Super yanacağının 1 litrinin qiyməti 1,60 (bir manat əlli qəpik) AZN müəyyən edilir.
2.22.1 bəndində göstərilən Benzin Aİ-92, Dizel yanacağının və Maye qazın qiymətləri dövlət tərəfindən tənzimləndiyindən, qiymətlərə dövlət tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması tərəflər üçün məcburidir. Qiymətlərə dövlət tərəfindən dəyişiklik edildiyi andan müqavilə üzrə alınacaq neft məhsulunun və maye qazın qiyməti dəyişdiriləcəkdir.
2.32.1 bəndində göstərilən Premium və Super markalı neft məhsulları Azərbaycan Respublikasına idxal edildiyindən və həmin neft məhsullarının qiymətləri dövlət tərəfindən sərbəstləşdirildiyindən tədarükündən asılı olaraq qiymətlərə “Satıcı” tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” tərəfindən məcburidir.
2.4“Satıcı” YDM-dən “Alıcı”ın avtomobillərini yanacaqla təmin etmək üçün dəyəri “Alıcı”ı tərəfindən ödənilmək şərtilə xüsusi şifrələnmiş kartla təmin edir.
2.5Bir plastik kartın qiyməti ƏDV ilə birlikdə 11,80 manat təşkil edir
2.6Plastik kartın istifadə müddəti aktivləşdirilən andan etibarən 2 (iki) ildir.
2.7Plastik kart “Alıcı”nın ucbatından zədələndikdə və ya yararsız hala salındıqda, itirildikdə dəyəri “Alıcı” tərəfindən ödənilməklə “Satıcı” tərəfindən yenisi ilə təmin edilir.
2.8“Alıcı”müqavilə qüvvədə olduğu müddətdə “Satıcı”nın hesablaşma hesabına köçürdüyü yaxud nəğd ödədiyi məbləğdən onun verdiyi siyahıya uyğun avtomobillərinin dövlət nömrə nişanı göstərilməklə şifrələnmiş ödəmə kartlarına yüklənmiş məbləğ həcmində yanacaq götürə bilər.
3. Məhsulun təchizat şərtləri
3.1“Alıcı” ödəmə kartını təqdim etməklə hesabına yüklənmiş istənilən miqdarda neft məhsullarını və maye qazı “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən ona məxsus yanacaq doldurma məntəqələrindən öz nəqliyyat vasitələrinin çəninə doldura bilər.
3.2Neft məhsulu və maye qaz “Alıcı”ya təhvil verildiyi andan bütün risklər, çatışmamazlıq və sair ilə əlaqədar cavabdehlik “Alıcı”ya keçir.
3.3“Satıcı” neft məhsulunu və maye qazı “Alıcı”ya təhvil verdikdən sonra, avtomobillərinin istismarı vaxtı təhlükəsizlik texnikasının tələblərinin yerinə yetirməməsinə görə baş vermiş hər hansı bir yanğın və partlayış hadisəsi üçün, eyni ilə üçüncü tərəfə satıldığı halda bu və ya digər hadisələrə görə heç bir məsuliyyət daşımır.
4. Tərəflərin məsuliyyəti
4.1Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir
5. Fors-major
5.1Tərəflər müqavilə üzrə öz öhdəliklərini qismən və ya tam yerinə yetirmədiklərinə görə, o vaxt məsuliyyətdən azad edilirlər ki, öz öhdəliklərinin yerinə yetirməməsi halları tərəflərdən asılı olmayan, qarşısı alına bilməyən hallar ilə bağlı olsun.
5.2Əgər tərəflərdən biri hazırki müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı birini fors-major (partlayış, yanğın, elektirik enerjisinin kəsilməsi, leysan yağışlar, zəlzələlər, sair təbii fəlakətlər, dövlət tərəfindən qəbul edilmiş normatıv hüquqi aktlar və digər) halları üzündən icra edə bilməzsə, onda o,
5.3Fors-major halları və onların müddəti səlahiyyətli orqan tərəfindən rəsmən təsdiq edilməlidir.
5.4Fors-major halı 90 gün davam etdikdə, tərəflər nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən azad olunur və müqavilə ləğv olunmuş hesab edilir.
6. Mübahisələrin həlli qaydası
6.1Tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır.
7. Müqavilənin müddəti
7.1Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflərin öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada icrası qurtaranadək öz qüvvəsini saxlayır
7.2Bu müqavilə tərəflərdən birinin digərinə verdiyi yazılı məlumat əsasında bir ay müddətində ləğv edilə bilər.
8. Digər şərtlər
8.1Bu müqavilə ilə “Alıcı”nın aldığı neft məhsullarının və maye qazın həcmindən asılı olaraq bonuslar nəzərdə tutula bilər.
8.2Müqaviləyə dəyişiliklik və əlavələr hər iki tərəfin razılığı əsasında yazılı surətdə edilə bilər.
8.3Bu müqavilədə nəzərdə tutulmayan digər hallarda, tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını rəhbər tutur.
8.4Müqavilə eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilib, “Satıcı”ya 2 (iki) nüsxə, “Alıcı”ya 1(bir) nüsxə verilib.
9. Hüquqi ünvanlar və bank rekvizitləri
|
“Satıcı” |
|
|
“Alıcı” |
“SOCAR PETROLEUM” QSC |
|
|
||
Ünvan: |
Bakı şəh. AZ1030 O.Vəliyev küç. 1”C” |
|
Ünvan: |
|
VÖEN: |
1600943181 |
|
VÖEN: |
|
|
“PAŞA Bank” ASC |
|
||
VÖEN: |
1700767721 |
|
VÖEN: |
|
H/h: |
AZ64PAHA38060AZNHC0190055931 |
|
H/H: |
|
M/h: |
AZ82NABZ01350100000000071944 |
|
M/H: |
|
Kod: |
505141 |
|
Kod: |
|
SWİFT: |
PAHAAZ22 |
|
SWİFT: |
|
|
|
|
||
Baş direktorun müavini: M.Ə.Səfərov |
|
Direktor: |